Amerikada 300 mindən çox şəxs COVID-19-dan ölüb

Amerikada 300 mindən çox şəxs COVID-19-dan ölüb ABŞ-da 300 267 nəfər yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Digər ölkələr
15 Dekabr , 2020 04:00
Amerikada 300 mindən çox şəxs COVID-19-dan ölüb

ABŞ-da 300 267 nəfər yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Cons Hokins Universitetinin məlumatında bildirilir.

Qeyd olunub ki, pandemiya başlayandan bəri ölkədə 16 388 504 nəfərin COVID-19-a yoluxması təsdiq edilib. Ən çox yoluxma Kaliforniya (1 598 389 nəfər), ardından Texas (1 411 749), Florida (1 134 383), İllinoys (856 118) və Nyu-York (784 204) ştatlarında qeydə alınıb.

Pandemiya başlayandan bəri dünyada təxminən 72,3 milyon insan koronavirusa yoluxub, 1,6 milyondan çox pasiyentin müalicəsi müsbət nəticlənməyib.

Son xəbərlər

Orphus sistemi