Amerika ştatlarında rəsmi şəxslərə “TikTok”dan istifadə qadağan edilir

Amerika ştatlarında rəsmi şəxslərə “TikTok”dan istifadə qadağan edilir ABŞ-ın Alabama ştatının qubernatoru Kay İvey Çinin təhlükəsizlik təhdidinə görə rəsmilərə TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib.
Digər ölkələr
14 dekabr 2022 00:45
Amerika ştatlarında rəsmi şəxslərə “TikTok”dan istifadə qadağan edilir

ABŞ-ın Alabama ştatının qubernatoru Kay İvey Çinin təhlükəsizlik təhdidinə görə rəsmilərə TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib.

“Report” xəbər verir ki, Alabama qubernatorunun imzaladığı memorandumda “TikTok”un Çin şirkətinə məxsus olduğu və onun məlumatlarının Çin Kommunist Partiyasına ötürülə biləcəyi göstərilib.

“Alabama sakinlərinin məxfilik hüquqlarını qorumaq şərtdir və mən Çindən gələn təhlükəsizlik təhdidini əlbəttə ki, yüngül qəbul etmirəm, buna görə də “TikTok” tətbiqini hökumət cihazlarında n qadağan etmişəm”,-deyə, o bildirib.

Qeyd edək ki, noyabrın sonunda Cənubi Dakota ştatının qubernatoru Kristi Noem də milli təhlükəsizlik səbəbindən dövlət işçilərinə “TikTok”dan istifadəni qadağan edən sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi