ABŞ-Meksika sərhədində 376 mühacir ölüb

ABŞ-Meksika sərhədində 376 mühacir ölüb Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.
Digər ölkələr
3 Yanvar , 2019 09:53
ABŞ-Meksika sərhədində 376 mühacir ölüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilib.

Ölənlərdən 20-si qadın, 4-ü uşaqdır. Sərhəddə həlak olanların yarısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Hesabatda qeyd edilib ki, ABŞ-da büdcə böhranına görə federal hökumətin fəaliyyəti müvəqqəti olaraq dayanıb və 2018-ci il dekabrın 21-dən sərhəddəki vəziyyətlə bağlı qeydiyyat aparılmayıb. Ona görə də ölən miqrantların sayının göstərilən rəqəmdən çox olduğu ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi