Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib

Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib Bakı. 21 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub.
Digər ölkələr
120
21 Sentyabr , 2018 04:13
Amerika S-400 aldığına görə Çinə sanksiya tətbiq edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar onun rəhbəri Li Şanfuya da şamil olunub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

"Biz bu addımı ona görə atdıq ki, Çin 2017-ci ilin dekabrında, artıq CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") qüvvəyə mindikdən sonra "Suxoy" şirkətindən 10 qırıcı və məhz "Su-35" alıb. Onlar həmçinin cari ilin yanvar ayında bir neçə "S-400" sisteminin alışını reallaşdırıblar", - deyə ABŞ administrasiyasının nümayəndəsi bildirib.

O qeyd edib ki, sövdələşmələr Çin tərəfi ilə hazırda ABŞ-ın sanksiya siyahısında olan "Rosoboroneksport" arasında aparılıb.

Amerikalı mənbə bunlarla yanaşı bəyan edib ki, bu sanksiyaların son məqsədi Rusiyaya təzyiq göstərmək, "pisniyyətli fəaliyyəti"nə görə onu cəzalandırmaqdır.

Son xəbərlər

Orphus sistemi