Alyaskada zəlzələ olub

Alyaskada zəlzələ olub Geoloji Xidmət Agentliyinin Sakit okean Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib
Digər ölkələr
29 May , 2015 13:04
Alyaskada zəlzələ olub

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Alyaska ştatı sahillərində 6,8 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.

Xəbərə görə, zəlzələ Bakı vaxtı ilə saat 12.00 radələrində baş verib. Zəlzələnin mərkəzi Çirikov adalarından 102 km aralı olub. Yeraltı təkanların ocağı 62,4 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Geoloji Xidmət Agentliyinin Sakit okean Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi