Alyaskada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Alyaskada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb Bakı. 7 avqust. REPORT.AZ/ Amerikanın Alyaska ştatında təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həyatını itirib.
Digər ölkələr
7 Avqust , 2018 02:07
Alyaskada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Bakı. 7 avqust. REPORT.AZ/ Amerikanın Alyaska ştatında təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Parklar Xidmətinə istinadən "Anchorage Daily News" qəzeti məlumat yayıb.

Bildirilir ki, hadisə Denali dağlarından cənub-qərbdə qeydə alınıb. Əldə edilən məlumatlara görə, ölən sərnişinlər Polşa vətəndaşlarıdırlar.

Parklar Xidməti əməkdaşının sözlərinə görə, hava şəraitinin pis olması beşinci sərnişinin axtarışlarını çətinləşdirir.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi