Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb Alyaska ştatının bir sıra rayonlarında tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli meteorologiya xidməti məlumat yayıb.
Digər ölkələr
6 İyul , 2019 00:50
Alyaskada tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Alyaska ştatının bir sıra rayonlarında tarixin ən yüksək temperatur göstəriciləri qeydə alınıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli meteorologiya xidməti məlumat yayıb.

Meteoroloqların verdiyi məlumata görə, 4 iyul tarixində Alyaskanınən iri şəhəri olan Ankoricedə havanın temperaturu 32.2 dərəcə selsiyə qədər yüksəlib. Sonuncu dəfə ən yüksək göstərici 1969-cu ilin iyun ayında 29,4 dərəcə olub.

Bundan başqa Kenay yaşayış məntəqəsində havanın temperaturu 31,6 dərəcə, Kinq-Salmonda 31,6 dərəcə isti müşahidə edilib. Qeyd olunub ki, Alyaskanın cənub ərazilərində də yüksək hərarətin bir neçə gün davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi