Yuxarı
    Bağlamaq

    Alyaskada iki təyyarə toqquşub, 5 nəfər ölüb

    İnsident Vefil şəhərindən 100 km. aralıda baş verib

    Bakı. 01 sentyabr. REPORT.AZ/ ABŞ-ın Alyaska ştatında iki yüngülmühərrikli təyyarənin toqquşması nəticəsində 5 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

    İnsident çərşənbə günü Bakı vaxtı ilə 23:00-da Vefil şəhərindən 100 km. aralıda baş verib.

    Hadisə yerinə həkim və xilasedicilər cəlb olunub. Lakin təyyarələrin heyətində olan 5 nəfərin hamısı dünyasını dəyişib.

    Hadisənin hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi