Alyaska sahillərində basabas zamanı onlarla kiçik morj ölüb

Alyaska sahillərində basabas zamanı onlarla kiçik morj ölüb Hadisə Point-Ley yaxınlığındakı çimərlikdə baş verib
Digər ölkələr
14 Sentyabr , 2017 04:07
Alyaska sahillərində basabas zamanı onlarla kiçik morj ölüb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Alyaskanın şimal-qərbində yerləşən çimərliklərdən birində basırıq zamanı 64 morj balası tələf olub.

"Report" "US News" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vəhşi Heyvan və Balıq Ehtiyatlarının Mühafizəsi Xidmətinin əməkdaşları məlumat verib.

Point-Ley yaxınlığındakı çimərlikdə qeydə alınan hadisəyə xarici amillərdən irəli gələn təlaş səbəb ola bilər. Bu zaman daha iri fərdlər kiçikləri əziblər.

Xidməti təmsil edən Andrea Medeyrusun sözlərinə görə, bu bölgədə morjların ümumi sayı təqribən 40 min fərdə çatır.

Son xəbərlər

Orphus sistemi