Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib

Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb
Digər ölkələr
7 Mart , 2017 05:59
Altı müsəlman ölkəsi vətəndaşının ABŞ-a girişi qadağan edilib
Courtesy İmage

Bakı. 7 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Donald Tramp miqrantlar haqqında yeni fərman imzalayıb. Bu, fəaliyyəti məhkəmə tərəfindən dayandırılan köhnə fərmanı əvəz etməlidir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

Yeni sənədə əsasən, altı müsəlman ölkəsi – İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına 90 gün ərzində ABŞ-a girmək qadağan olunacaq. İraq bu dəfə siyahıya düşməyib.

Sənəd martın 16-dan qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi