Alp dağlarında qar uçqunu olub, ölənlər var

Alp dağlarında qar uçqunu olub, ölənlər var Ötən gün İtaliya-Avstriya sərhədində qar uçqunu baş verib.
Digər ölkələr
29 Dekabr , 2019 18:35
Alp dağlarında qar uçqunu olub, ölənlər var

Ötən gün İtaliya-Avstriya sərhədində qar uçqunu baş verib. 

“Report” DW-yə istinadən xəbər verir ki, hadisə İtaliyanın Alto Adice (Cənubi Tirol) regionunun Bolzano əyalətində qeydə alınıb. 

Belə ki, 1 kilometr uzunluqda və 200 metr enində olan qar kütləsi xizək gəzintisinə çıxmış Almaniya vətəndaşı olan 35 yaşlı qadın ilə 7 yaşlı qızı və onlarla olan daha bir 7 yaşlı qız uşağının üzərinə uçub. Nəticədə qadın və uşaqlardan biri hadisə yerində ölüb, qadının qızı isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi