Alp dağlarında qar uçqunu nəticəsində 2 nəfər ölüb

Alp dağlarında qar uçqunu nəticəsində 2 nəfər ölüb Ölənlər dağ-xizək yolundan kənarda sürüşüblər
Digər ölkələr
18 Mart , 2017 06:19
Alp dağlarında qar uçqunu nəticəsində 2 nəfər ölüb

Bakı. 18 mart. REPORT.AZ/ Avstriyanın Tirol federal torpağında qar uçqunu nəticəsində iki xizəkçi həlak olub.

"Report" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, ölənlər dağ-xizək yolundan kənarda sürüşüblər.

Qrupda ümumilikdə 5 nəfər olub.

Ötən il Alp dağlarının Avstriya hissəsində 267 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi