Yuxarı

Alp dağlarında qar uçqunları on nəfərin həyatına son qoyub

Xizək həvəskarlarının onlar üçün ayrılan meydançalardan kənarda sürüşmələri faciəli hadisələrlə nəticələnib

Bakı. 1 fevral. REPORT.AZ/ Son üç gündə baş verən qar uçqunları Alp dağlarının İsveçrəyə məxsus hissəsində 10 xizək həvəskarının həyatına son qoyub.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, Alp dağlarında bir neçə gün ərzində yağan 1-1,2 metr qalınlığındakı qarın yaratdığı uçqunlar on nəfərin həyatına son qoyub.

Xizək həvəskarlarının onlar üçün ayrılan meydançalardan kənarda sürüşmələri faciəli hadisələrlə nəticələnib. Alp dağlarının İsveçrəyə aid hissəsindəki 2200 metrlik Piz Vilon zirvəsində yeddi xizəkçi qar uçqunu nəticəsində həlak olub. Daha üç nəfər isə Oberland sürüşmə meydançasından kənarda xizək sürərkən qar uçqunları onları haqlayıb. Güclü qar uçqunu İsveçrə vətəndaşları olan hər üç xizək həvəskarının həyatını itirməsi ilə nəticələnib.

Xilasedicilər qar uçqunu altında qalanların cəsədlərini çətinliklə çıxarıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi