Almatıda iğtişaşlarda ən çox zədələnmiş binalar dövlət hesabına bərpa olunacaq

Almatıda iğtişaşlarda ən çox zədələnmiş binalar dövlət hesabına bərpa olunacaq Almatıda iğtişaşlar nəticəsində ciddi ziyan görmüş 27 dövlət və özəl obyektdən 10-u dövlət hesabına, az ziyan görən 17 bina isə biznes fondlarının hesabına bərpa olunacaq.
Digər ölkələr
21 Yanvar , 2022 02:51
Almatıda iğtişaşlarda ən çox zədələnmiş binalar dövlət hesabına bərpa olunacaq

Almatıda iğtişaşlar nəticəsində ciddi ziyan görmüş 27 dövlət və özəl obyektdən 10-u dövlət hesabına, az ziyan görən 17 bina isə biznes fondlarının hesabına bərpa olunacaq.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Almatının meri Bakıtjan Saqintayev bildirib ki, şəhərdə nəqliyyat əlaqələri və qida müəssisələri normal işləyir, yol infrastrukturu intensiv şəkildə bərpa olunur:

“Hazırda zədələnmiş 587 müşahidə kamerasından 434-ü bərpa edilib. Bütün müşahidə kameralarının bərpası üzrə işlər yanvarın 21-də başa çatacaq”.

Son xəbərlər

Orphus sistemi