Bakı. 2 yanvar. REPORT.AZ/ Almaniya əhalisinin 29%-i müsəlmanlara qarşı aksiyaları dəstəklədiyini bildirib.
"Report"un "Stern" jurnalına istinadən verdiyi xəbərə görə, bu barədə Forsa İnstitutu tərəfindən keçirilən sorğunun nəticələrində deyilir.
Sorğuda iştirak edənləri 29%-i bildiriblər ki, ölkədə son günlər keçirilən "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına qarşı" adlı təşkilatın keçirdiyi aksiyaları dəstəkləyir və bu aksiyaları məqsəduyğun sayır.