Almaniyanın yeni xarici işlər nazirinin adı rəsmi formada elan edilib

Almaniyanın yeni xarici işlər nazirinin adı rəsmi formada elan edilib Bakı. 9 mart. REPORT.AZ/ Almaniyanın sabiq ədliyyə naziri Hayko Maas Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətdə xarici işlər naziri vəzifəsini tutacaq.
Digər ölkələr
9 Mart , 2018 14:26
Almaniyanın yeni xarici işlər nazirinin adı rəsmi formada elan edilib

Bakı. 9 mart. REPORT.AZ/ Almaniyanın sabiq ədliyyə naziri Hayko Maas Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətdə xarici işlər naziri vəzifəsini tutacaq.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın Sosial Demokratik Partiyasının (SDP) həmsədrləri vəzifəsini icra edən Andrea Nales və Olaf Şolts Berlində jurnalistlərə bildiriblər.

"Hesab edirəm ki, Hayko Maas çox yaxşı xarici işlər naziri olacaq", - A.Nales jurnalistlərə H.Maasın namizədliyini təqdim edərkən vurğulayıb.

O əlavə edib ki, gələcək XİN başçısı ədliyyə naziri vəzifəsində radikalizmin barışmaz rəqibi kimi tanınıb.

Həmçinin Hamburqun sabiq burqomisteri Olaf Şolts Almaniyanın yeni hökumətində maliyyə naziri və vitse-kansler vəzifəsini tutacaq.

Son xəbərlər

Orphus sistemi