​Almaniyanın XİN rəhbəri: "İranla nüvə razılaşması artıq yaxındır"

​Almaniyanın XİN rəhbəri: "İranla nüvə razılaşması artıq yaxındır" "Əgər İran bu fürsəti dəyərləndirsə, biz diplomatik dalandan çıxış yolu tapa bilərik"
Digər ölkələr
22 Noyabr , 2014 22:09
​Almaniyanın XİN rəhbəri: İranla nüvə razılaşması artıq yaxındır
Bakı. 22 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer "altılığ"ın (Rusiya, ABŞ, Britaniya, Fransa, Çin və Almaniya) Vyanada İranla aparılan danışıqlarla bağlı bildirib ki, tərəflər Tehranla onun nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasına bu qədər yaxın olmayıblar.

"Əgər İran bu fürsəti dəyərləndirsə, biz diplomatik dalandan çıxış yolu tapa bilərik", - deyə "Report" BBC-yə istinadən Ştaynmayerin sözlərini sitat gətirir.

Bununla yanaşı, İranın xarici işlər naziri Cavad Zərif qeyd edib ki, faydalı müzakirələrə baxmayaraq ona heç bir "əsl işgüzar" təklif edilməyib. 

Son xəbərlər

Orphus sistemi