Almaniyanın XİN başçısı: “Rusiya ilə ABŞ-ın anlaşması Avropaya ziyan vurmamalıdır”

Almaniyanın XİN başçısı: “Rusiya ilə ABŞ-ın anlaşması Avropaya ziyan vurmamalıdır” Ziqmar Qabriel: “Avropa özünü boa ilanının qarşısında oturan dovşan kimi aparmamalıdır”
Digər ölkələr
6 Fevral , 2017 10:31
Almaniyanın XİN başçısı: “Rusiya ilə ABŞ-ın anlaşması Avropaya ziyan vurmamalıdır”

Bakı. 6 fevral. REPORT.AZ/ “Biz Rusiya ilə ABŞ-ın anlaşacağına ümid etməliyik. Ancaq bu, Avropa və ya Ukraynaya ziyan vurmamalıdır”

“Report” “Dw”yə istinadən xəbər verir ki, bunu Almaniyanın yeni xarici işlər naziri Ziqmar Qabriel yerli ARD televiziyasının “Bericht aus Berlin” proqramına müsahibəsində bildirib.

XİN başçısının sözlərinə görə, bu yaxınlaşma Suriya və Ukraynanın şərqində, Donbasda vəziyyətin tənzimlənməsinə təsir göstərər, eləcə də Avropanın silahlanması prosesinin qarşısını ala bilər.

Avropanın Vaşinqtona yönəli siyasətindən danışan nazir deyib: “Avropa özünü "boa ilan"ının qarşısında oturan dovşan kimi aparmamalıdır”.

Son xəbərlər

Orphus sistemi