​Almaniyanın XİN başçısı İraqa qəfil səfər edib

​Almaniyanın XİN başçısı İraqa qəfil səfər edib Frank-Valter Ştaynmayer İraq prezidenti Fuad Masum və baş nazir Heydər əl-İbadi ilə görüşüb
Digər ölkələr
7 Dekabr , 2015 13:31
​Almaniyanın XİN başçısı İraqa qəfil səfər edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer gözlənilmədən İraqın paytaxtı Bağdada səfər edib.

"Report" Almaniya KİV-inə istinadən xəbər verir ki, XİN başçısının səfəri dekabrın 7-də başlayıb.  

Məlumata görə, təhlükəsizlik baxımından Frank-Valter Ştaynmayerin Bağdada səfər edəcəyi əvvəlcədən elan olunmayıb.

Almaniya xarici işlər naziri bu gün İraq prezidenti Fuad Masum və baş nazir Heydər əl-İbadi ilə görüşüb.

Qeyd edək ki, dekabrın 4-də Almaniya parlamenti hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib. Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.

Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Son xəbərlər

Orphus sistemi