​Almaniyanın XİN başçısı: "Avropa və Britaniya üçün kədərli gündür"

​Almaniyanın XİN başçısı: "Avropa və Britaniya üçün kədərli gündür" Aleksandr Stubb belə yazıb: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!"
Digər ölkələr
109
24 İyun , 2016 10:09
​Almaniyanın XİN başçısı: Avropa və Britaniya üçün kədərli gündür

Bakı. 24 iyun. REPORT.AZ/ "Avropa və Böyük Britaniya üçün kədərli gündür".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmaması ilə bağlı keçirilən referendumun nəticələrini dəyərləndirərkən bildirib.

Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə "twitter" səhifəsində yazıb: "Lənət şeytana! Avropa üçün pis gündür".

Referendumun nəticələrini dəyərləndirən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib:  "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!".

Qeyd edək ki, referendumun nəticələrinə görə, seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.

Son xəbərlər

Orphus sistemi