Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaması narazılıq yaradıb

Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaması narazılıq yaradıb Bakı. 23 fevral. REPORT.AZ/ Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaqdan imtina etməsi Böyük Britaniya və Fransa ilə gərginlik yaşamasına səbəb olub.
Digər ölkələr
23 Fevral , 2019 17:50
Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaması narazılıq yaradıb

Bakı. 23 fevral. REPORT.AZ/ Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaqdan imtina etməsi Böyük Britaniya və Fransa ilə gərginlik yaşamasına səbəb olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə bildirib.

“Belə bir vəziyyət Berlinlə London və Paris arasında gərginliyə gətirib çıxarıb. Belə ki, Böyük Britaniya Almaniyanı Avropa İttifaqının NATO çərçivəsindəki öhdəliklərini yerinə yetirməyi əngəlləməkdə belə ittiham edib”, - deyən mənbə hazırda Böyük Britaniya və Fransanın 20 faizədək Almaniya istehsalı olan silahları embarqodan çıxarması üçün rəsmi Berlinə təzyiq göstərdiklərıni vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah satışına tam embarqo tətbiq etmişdi. Həmin məhdudiyyət həmçinin Böyük Britaniya, Fransa, İspaniya ilə müştərək layihələr çərçivəsində Almaniya istehsalı olan silahların tədarükünə də şamil edilir.

Bundan əvvəl Almaniya xarici işlər naziri Hayko Maas Səudiyyə Ərəbistanına silah satışına qoyduqları embarqonun Yəməndəki münaqişənin həll olunmamasına bağlamışdı. Daha əvvəl isə məsələnin İstanbulda səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi