Bakı. 8 avqust. REPORT.AZ/ Almaniyanın Ziqburq şəhərində dəmir yolu stansiyasında baş verən yanğın nəticəsində 40 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Çayt" qəzeti məlumat yayıb.
Bildirilir ki, 10 nəfər vəziyyəti ağırdır. Alov yaxınlıqdakı bir neçə evə keçib.
Yanğının səbəbləri barədə araşdırmalar davam edir.