Yuxarı
    Bağlamaq

    Almaniyanın nəhəng şirkətləri idarəçilikdə qadınlara daha çox yer ayırmalı olacaq

    Kansler Angela Merkelin rəhbərlik etdiyi hakim koalisiya qanunu dəstəkləyib

    Bakı. 8 mart. REPORT.AZ/ Almaniya parlamentində qəbul edilən yeni qanuna görə, 2016-cı ildən ən böyük şirkətlərin direktorlar şurasında kürsülərin azı 30 faizi qadınlar üçün ayrılmalıdır. "Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, qanun təxminən 100 şirkəti əhatə edəcək.

    Daha 3,5 min şirkət isə idarəçilikdə qadınlara daha çox yer verilməsini hədəf kimi elan etməli olacaqlar.

    Kansler Angela Merkelin rəhbərlik etdiyi hakim koalisiya qanunu dəstəkləyib.

    Müxalifət isə bitərəf qalıb. Müxalifətçi deputatlar deyirlər ki, qanunda qadınlara daha çox dəstək ifadə oluna bilərdi.

    Son təhqiqatlar göstərir ki, hazırda Almaniyanın ən böyük şirkətlərinin direktorlar şurasında qadınların təmsilçiliyi 18,6 faizdir.

    Belə kvotalar artıq Norveç, İspaniya və Fransada mövcuddur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi