Almaniyanın müdafiə naziri: "Ukraynaya F-16 təyyarələri verə bilməyəcəyik"

Almaniyanın müdafiə naziri: "Ukraynaya F-16 təyyarələri verə bilməyəcəyik" Almaniya qırıcıların koalisiyasında iştirak etməyəcək, çünki onun arsenalında müttəfiq dövlətlərin Ukraynaya verməli olduğu F-16 təyyarələri yoxdur.
Digər ölkələr
25 iyun 2023 02:44
Almaniyanın müdafiə naziri: Ukraynaya F-16 təyyarələri verə bilməyəcəyik

Almaniya qırıcıların koalisiyasında iştirak etməyəcək, çünki onun arsenalında müttəfiq dövlətlərin Ukraynaya verməli olduğu F-16 təyyarələri yoxdur.

"Report" DW-yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, Bundesver "Eurofighter" və "Tornado" təyyarələrindən istifadə edir.

Pistoriusun sözlərinə görə, Almaniya ilin sonuna kimi 10 minə yaxın ukraynalı əsgərə təlim keçməlidir.

Qeyd edək ki, bu yaxınlarda bəzi müttəfiq ölkələr "F-16"da ukraynalı pilotlara təlim keçmək niyyətlərini açıqlayıblar. Koalisiyaya Danimarka və Niderland rəhbərlik edib, Polşa, İsveç, Belçika, Fransa və ABŞ isə koalisiyaya qoşulub.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski avqustda "F-16"da təlimlərə başlanılacağını və ölkəsinin 6-7 ay ərzində bu təyyarələri ala biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi