Almaniyanın müdafiə naziri Boris Pistorius Latviyaya səfəri zamanı rəsmi Berlinin Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Almaniya Baltikyanı ölkələrdə aparıcı hərbi rolu öz üzərinə götürməyə hazırdır. Sizin təhlükəsizliyiniz bizim də təhlükəsizliyimizdir”, - o deyib.