Almaniyanın müdafiə naziri ABŞ-a səfərini təxirə salıb

Almaniyanın müdafiə naziri ABŞ-a səfərini təxirə salıb Baş leytenant Franko A. ərəb dili kurslarına gedib
Digər ölkələr
2 May , 2017 19:52
Almaniyanın müdafiə naziri ABŞ-a səfərini təxirə salıb

Bakı. 2 may. REPORT.AZ/ Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Frankfurtda bundesver hərbçisinin terror aktı hazırlamaqda şübhəli bilinməsi ilə əlaqədar ABŞ-a səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyindən “Redaktionsnetzwerk Deutschland”ə (RND) bildirilib.

“Fon der Lyayen mayın 3-də ABŞ səfər etməyi planlaşdırmışdı. Ancaq nazir üçün ilk növbədə baş leytenant Franko A. ətrafında yaranmış vəziyyətə aydınlıq gətirmək vacibdir”, – nazirlikdən verilən məlumatda vurğulanıb.

Qeyd edək ki, aprelin 27-də Almaniya hüquq-mühafizə orqanları Frankfurtda bundesverin 28 yaşlı hərbçisini terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb. Müstəntiqlər Almaniya vətəndaşlığı olan gəncin 2015-ci ildə özünü miqrant kimi qələmə verərək, bu ölkədə qaçqın statusu almaq üçün müraciət edib. Sonra o qaçqınar düşərgəsini tərk edərək, bir daha miqrasiya orqanları ilə rastlaşmayıb və qeydiyyat yerinə getməyib. 

Məlumata görə, baş leytenant Franko A. ərəb dili kurslarına gedib.

Son xəbərlər

Orphus sistemi