Almaniyanın Liviyadakı səfirliyi yenidən fəaliyyətə başlayıb

Almaniyanın Liviyadakı səfirliyi yenidən fəaliyyətə başlayıb Almaniyanın Liviya paytaxtı Tripolidəki səfirliyi yenidən açılacaq.
Digər ölkələr
9 Sentyabr , 2021 17:43
Almaniyanın Liviyadakı səfirliyi yenidən fəaliyyətə başlayıb

Almaniyanın Liviya paytaxtı Tripolidəki səfirliyi yenidən açılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Almaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Almaniyanın xarici işlər naziri Hayko Maas Liviyada səfərdədir. Səfər çərçivəsində o, elan edib ki, Tripolidə ölkəsinin səfirliyi açılacaq.

“Liviyaya Almaniyanın Tripolidəki səfirliyinin yenidən açılması üçün gəlmişəm. Bununla Almaniya sübut edir ki, Liviyanın etibarlı tərəfkeşi olub və olacaqdır”, H.Mass bildirib.

Nazir qeyd edib ki, Liviyada sabitliyin təmin olunması üçün nəzərdə tutulan müddətdə seçkilərin keçirilməsi də vacibdir: “Ölkədə siyasi institutlar ümumxalq səsverməsi yolu ilə formalaşmalıdır. Bunun üçün də seçkilərin keçirilməsi vacibdir”.

Qeyd edək ki, Almaniyanın diplomatik missiyası 2014-cü ildə bağlanıb.

Son xəbərlər

Orphus sistemi