Almaniyanın keçmiş kansleri Gerhard Şröder xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Almaniya KİV-i Şröderin müalicə həkiminin açıqlamasına istinadən xəbər verir.
O əlavə edib ki, Şröder Almaniyanın “Nord Stream 2 AG” ilə əlaqəli "MV İqlim və Ətraf Mühitin Mühafizəsi" fondunun işi üzrə şahid olduqdan sonra fiziki və psixoloji streslə mübarizə apara bilmir.
Apreldə Şröderin 81 yaşı tamam olacaq. Almaniyanın keçmiş hökumət başçısı, Baltik dənizi vasitəsilə "Şimal axını" qaz kəmərinin sahibi olan Rusiya şirkətlərinə lobbist kimi qoşulan sabiq kansler səhhəti ilə əlaqədar istintaq komissiyasında ifadə verməkdən imtina edib.
Meklenburq-Ön Pomeraniya federal torpağında müstəntiqlər keçmiş kansleri "Şimal axını" qaz kəmərinin tikintisinə dəstək vermək üçün 2021-ci ilin əvvəlində yaradılmış "MV İqlim və Ətraf Mühitin Mühafizəsi" fondu ilə bağlı dindirməyə çağırıblar.
Ukraynada müharibə başladıqdan sonra Almaniyada Şröder imtiyazlarının bir hissəsindən məhrum edilib, eləcə də ofisi bağlanıb.