​Almaniyanın kansleri: "Əsəd Suriya ilə bağlı danışıqlarda iştirak etməlidir"

​Almaniyanın kansleri: "Əsəd Suriya ilə bağlı danışıqlarda iştirak etməlidir" "Bu prosesə ABŞ, Rusiya, bölgənin aparıcı dövlətləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı da qatılmalıdır"
Digər ölkələr
24 Sentyabr , 2015 12:24
​Almaniyanın kansleri: Əsəd Suriya ilə bağlı danışıqlarda iştirak etməlidir

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Bəşşar Əsəd də Suriyadakı münaqişənin tənzimlənməsi danışıqlarına cəlb edilməlidir".

"Report" BBC-yə istinadən xəbərə verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqının ötən gün keçirilən sammitində bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinə ABŞ, Rusiya, bölgənin aparıcı dövlətləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı da qatılmalıdır.

Xatırladaq ki, bir müddət öncə Qərb dövlətləri Bəşşar Əsədin danışıqlar prosesində iştirakına razılıq vermirdi. 

Son xəbərlər

Orphus sistemi