Almaniyanın dövlət idarələrində axtarışlar aparılır

Almaniyanın dövlət idarələrində axtarışlar aparılır Almaniya federal Maliyyə və Ədliyyə nazirliklərinin binalarında bu səhərdən axtarışlar aparılır.
Digər ölkələr
9 Sentyabr , 2021 14:59
Almaniyanın dövlət idarələrində axtarışlar aparılır

Almaniya Federal Maliyyə və Ədliyyə nazirliklərinin binalarında bu gün səhərdən axtarışlar aparılır.

“Report” “Der Spiegel”ə istinadən xəbər verir ki, Osnabrük ictimai prokurorunun sorğusuna əsasən görülən bu tədbir gömrük xidmətinin tərkibində çirkli pulların yuyulması ilə mübarizə aparan Maliyyə Kəşfiyyatı Qrupunun (FİU) bəzi əməkdaşlarına qarşı ötən ilin fevral ayından aparılan istintaqla bağlıdır.

İstinaqın başlamasına səbəb 2018-ci ilin iyun ayında banklardan birindən Afrikaya 1 milyon avrodan çox məbləğdə pul köçürməsi ilə bağlı ortaya çıxan şübhələrdir. İstintaq çərçivəsində ötən il FİU-nun Köln şəhərindəki ofisində də axtarışlar aparılıb. O zaman həmin əməkdaşların Berlindəki nazirlik işçiləri ilə yazışmaları barədə məlumatlar üzə çıxıb.

Son xəbərlər

Orphus sistemi