Yuxarı
    Bağlamaq

    Almaniyanın Bremen şəhərində sakinlər üçün təhlükəli sayılan Əlcəzair vətəndaşı saxlanılıb

    Polis hesab edirdi ki, psixatriya müalicəxanasından qaçmış şəxs ticarət mərkəzindəki insanlar üçün təhlükəlidir

    Bakı. 28 iyul. REPORT.AZ/ Almaniyanın Bremen şəhər polisi ticarət mərkəzi işçilərinin və alıcıların təxliyə edilməsinə səbəb olmuş əlcəzairlini saxlayıb.

    "Report"un məlumatına bu barədə "Reuters" agentliyi polisə istinadən xəbər yayıb.

    Qeyd edək ki, Bremendəki ticarət mərkəzinin işçiləri və alıcıları bir neçə saat bundan əvvəl təxliyə olunmuşdu.

    Polis hesab edirdi ki, Saksoniya vilayətindəki psixatriya müalicəxanasından qaçmış əlcəzairli ticarət mərkəzindəki insanlar üçün təhlükəlidir.

    Lakin buna baxmayaraq hüquq-mühafizə orqanlarının ticarət mərkəzində terror aktı təhlükəsi ilə bağlı xəbərdarlığı sonradan ləğv edildi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi