Yuxarı

Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi müvəqqəti bağlanır

Diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür

Bakı. 21 oktyabr. REPORT.AZ/ Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq. 

"Report"un səfirliyin saytına istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür. Yeni ofisdə təmir işləri tam başa çatmadığından, viza şöbəsi bir neçə gün bağlı olacaq. 

Qeyd edək ki, Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi