Almaniyada restoranda baş vermiş partlayış zamanı yaralananların sayı 14-ə çatıb, hadisəni törətmiş şəxs ölüb - YENİLƏNİB-2 - VİDEO

Almaniyada restoranda baş vermiş partlayış zamanı yaralananların sayı 14-ə çatıb, hadisəni törətmiş şəxs ölüb - YENİLƏNİB-2 - VİDEO Bavariyanın daxili işlər naziri İoahim Herman Ansbax şəhərinə gəlib
Digər ölkələr
25 İyul , 2016 04:30
Almaniyada restoranda baş vermiş partlayış zamanı yaralananların sayı 14-ə çatıb, hadisəni törətmiş şəxs ölüb - YENİLƏNİB-2 - VİDEO

Bakı. 25 iyul. REPORT.AZ/ Almaniyanın Ansbax şəhərindəki restoranlardan birində partlayış törətməkdə şübhəli bilinən şəxs hadisə baş verən zaman ölüb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyinə şəhər polisi məlumat verib. 

Agentliyin məlumatına görə, buna baxmayaraq, hələlik ortada hadisə zamanı ölmüş şəxsin partlayışı törətmiş cinayətkar olduğunu sübut edən əsas yoxdur.

"Hadisə zamanı 1 nəfər ölüb. Həmin şəxs partlayışı törətməkdə şübhəli bilinir" – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, partlayışın baş verdiyi restoranın yaxınlığında " Ansbach Open" musiqi festivalı keçirilib. Üç gün davam edən və 2500-dən çox adamın iştirak etdiyi tədbir bazar günü axşam başa çatıb. 

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb və ora xüsusi təyinatlı polis dəstəsi gətirilib. Bavariyanın daxili işlər naziri İoahim Herman da Ansbax şəhərinə gəlib.

Hüquq-mühafizə orqanları partlayışın qaz sızmasından baş verməsi versiyasının doğru olmadığını bildiriblər.

Bu arada partlayış zamanı xəsarət alanların sayı 14-ə çatıb, onlardan 3-nün vəziyyəti ağırdır. 



***03:21

Almaniyanın Ansbax şəhərinin Pfarştrass küçəsində baş vermiş partlayışa səbəb hər hansı qaz sızma hadisəsi deyil, partladıcı qurğunun işə düşməsi olub.

"Report"un məlumatına görə, bu barədə "Nordbayern" nəşrinə şəhər meri məlumat verib. Ansbax meri bildirib ki, partladıcı qurğunun uşə salınması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. 

"BNO News" agentliyi də hadisə zamanı 11 nəfərin xəsarət aldığını, onların bəzilərinin ağır yaralandığını bildirib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.



***01:54
Almaniyanın Ansbax şəhərində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Nord Bayern" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, restoranda baş vermiş hadisə zamanı 1 nəfər ölüb, on nəfər ağır xəsarət alıb.

Hələlik hadisənin hansı səbəblərdən baş verdiyi məlum deyil. Bir sıra mətbu orqanlar partlayışın qaz sızması ilə əlaqədar olduğunu xəbər versələr də, məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Şəhərin mərkəzi hissəsi qismən mühasirəyə alınıb. Əraziyə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi