Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib

Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyada terrorçuluqda şübhəli bilinən dörd nəfərin axtarışı ilə əlaqədar olaraq ən böyük 14 yerli hava limanında ictimai təhlükəsizlik üçün təhlükə barədə xəbərdarlıq edilib.
Digər ölkələr
434
21 Dekabr , 2018 05:54
Almaniya hava limanlarında terror təhlükəsi xəbərdarlığı edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyada terrorçuluqda şübhəli bilinən dörd nəfərin axtarışı ilə əlaqədar olaraq ən böyük 14 yerli hava limanında ictimai təhlükəsizlik üçün təhlükə barədə xəbərdarlıq edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bavariyada dərc olunan "Merkur" qəzeti yazıb.

"Bild" qəzetinin məlumatına görə, onların arasında Avropanın 10 ən böyük hava limanı siyahısına daxil olan Frankfurt MaynMünxen, həmçinin Berlin, HamburqLeypsiq aeroportları var.

"Merkur" yazır ki, şübhəlilər Almaniyanın cənub-şərqindəki hava limanlarından birinə planlaşdırılan mümkün hücum ilə bağlı axtarılırlar.

Son xəbərlər

Orphus sistemi