Almaniyalı deputat dini ayinlərə görə müsəlmanların vergi ödəməsini təklif edib

Almaniyalı deputat dini ayinlərə görə müsəlmanların vergi ödəməsini təklif edib Aleksander Radvan: "Məscidlərin xaricdən gələn maliyyəsini dayandırsaq, onların maliyyələşməsini yerində təmin etmək lazımdır"
Digər ölkələr
20 Aprel , 2016 12:50
Almaniyalı deputat dini ayinlərə görə müsəlmanların vergi ödəməsini təklif edib

Bakı. 20 aprel. REPORT.AZ/ Almaniya bundestaqının hakim Xristian Sosial İttifaqı (XSİ) koalisiyasından olan deputatı Aleksander Radvan dini ayinlərin yerinə yetirilməsinə görə müsəlmanların xüsusi vergi ödəməsini təklif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq təşəbbüsü siyasətçi "Süddeutsche Zeitung" qəzetində dərc olunmuş müsahibəsində irəli sürüb.

"Məscidlərin xaricdən gələn maliyyəsini dayandırsaq, onların maliyyələşməsini yerində təmin etmək lazımdır", - deyə A.Radvan bildirib.

Onun sözlərinə görə, bunu katoliklər və protestantlar üçün mövcud kilsə vergisinə bənzər formada təşkil etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada "yeni dalğa" qaçqınlarını saymasaq, 3,8-4,3 milyon müsəlman yaşayır. Bu isə ümumi əhalinin təxminən 5%-i deməkdir.

Son xəbərlər

Orphus sistemi