Almaniyada ukraynalı qaçqınların evində yanğın olub, ölən var

Almaniyada ukraynalı qaçqınların evində yanğın olub, ölən var Almaniyada ukraynalı qaçqınların məskunlaşdığı evlərdən birində yanğın baş verib.
Digər ölkələr
5 İyun , 2023 01:08
Almaniyada ukraynalı qaçqınların evində yanğın olub, ölən var

Almaniyada ukraynalı qaçqınların məskunlaşdığı evlərdən birində yanğın baş verib.

“Report” xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev bildirib.

“Dostlar, bu gün Türingiya federal əyalətində ukraynalı mühafizəçilərin yaşadığı evlərdən birində yanğının baş verməsi ilə bağlı kədərli xəbər barədə məlumat aldım”, - səfir bildirib.

Onun sözlərinə görə, bu hadisə nəticəsində ilkin məlumata görə, ölən var: “Lakin, istintaq davam etdiyi halda, hadisənin təfərrüatlarını açıqlaya bilmərəm”.

Türingiya federal əyalətinin regional daxili işlər naziri Qeorq Mayer bildirib ki, yanğında 9 yaşlı oğlan uşağı ölüb.

Son xəbərlər

Orphus sistemi