Almaniyada üç məscidə və Türkiyə mədəniyyət mərkəzinə hücum olub

Almaniyada üç məscidə və Türkiyə mədəniyyət mərkəzinə hücum olub Hücum zamanı məscidlərdən birinin əsas binası yandırılıb
Digər ölkələr
12 Mart , 2018 01:48
Almaniyada üç məscidə və Türkiyə mədəniyyət mərkəzinə hücum olub

Bakı. 12 mart. REPORT.AZ/ Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda naməlum şəxslər məscid binasını yandırıblar.

"Report" "Berliner Zeitung" nəşrinə istinadən xəbər verir ki, məscidin əsas binası tamamilə yanıb.

Yerli polis hücumu siyasi mötivlərlə əlaqələndirilə biləcəyini bildirib.

Həmçinin xəbər verilir ki, ölkənin qərbində yerləşən Meşede şəhərində Türk-Alman Dostluq Birliyinin binasına da hücum olub, ona yandırıcı qatışıqlı butulka atılıb.

Bundan əlavə, ən azı daha 2 məscidə hücum faktı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi