Almaniyada turşu buxarı sızması baş verib, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub

Almaniyada turşu buxarı sızması baş verib, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərinin cənub-şərqində xlorid turşusu buxarının sızması baş verib.
Digər ölkələr
13 Noyabr , 2018 12:04
Almaniyada turşu buxarı sızması baş verib, sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın Frankfurt-Mayn şəhərinin cənub-şərqində xlorid turşusu buxarının sızması baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, sızma Qrishaym sənaye bölgəsində olub.

Hadisə ilə əlaqədar yanğınsöndürənlər Qrishaym və Nid bölgələrində sakinlərə pəncərələri bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.

Göstərilən ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hazırda kimyəvi maddənin ətraf mühitə yayılmasının ölçülməsi işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi