​Almaniyada türklərin sıx yaşadığı şəhərdəki binada yanğın olub: 2 sakin ölüb, 28-i yaralanıb

​Almaniyada türklərin sıx yaşadığı şəhərdəki binada yanğın olub: 2 sakin ölüb, 28-i yaralanıb Yanğının söndürülməsinə 90 nəfər cəlb edilib
Digər ölkələr
17 May , 2016 11:45
​Almaniyada türklərin sıx yaşadığı şəhərdəki binada yanğın olub: 2 sakin ölüb, 28-i yaralanıb

Bakı. 17 may. REPORT.AZ/ Almaniyanın Duysburq şəhərində 4 mərtəbəli binada baş verən yanğın nəticəsində iki sakin ölüb, 28 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır.

İnformasiyaya əsasən, yanğının söndürülməsinə 90 nəfər cəlb edilib və onun söndürülməsinə bir neçə saat sərf olunub.

Qeyd edək ki, Duysburq şəhəri türklərin sıx yaşadığı yerlərdəndir. 

Son xəbərlər

Orphus sistemi