Almaniyada ticarət mərkəzinə hücum olub, 11 nəfər yaralanıb

Almaniyada ticarət mərkəzinə hücum olub, 11 nəfər yaralanıb Hadisə nəticəsində yaralananların olduğu bildirilib
Digər ölkələr
1772
31 İyul , 2020 17:40
Almaniyada ticarət mərkəzinə hücum olub, 11 nəfər yaralanıb

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Hadisə nəticəsində 11 nəfər yaralanıb. 

“Berlinin Krosberq rayonunda çoxlu sayda xəsarət alan var. Biz Xermannplasdakı Xazelhayd ticarət kompleksindəyik”, -  Almaniya paytaxtının Xilasetmə Xidmətinin “Twitter” səhifəsində bildirilib.

Xidmət bunu qarətə cəhd hesab edir. Hücum zamanı qaz balonundan istifadə edilib.

Polisdən “Xermannplas” metro stansiyasının bağlandığı bildirilib.