Almaniyada təyyarə qəzaya uğrayıb: ölənlər var

Almaniyada təyyarə qəzaya uğrayıb: ölənlər var Qəzanın başvermə səbəbləri ilə bağlı təhqiqat başlayıb
Digər ölkələr
6 Aprel , 2017 00:56
Almaniyada təyyarə qəzaya uğrayıb: ölənlər var
Foto ntv.ru

Bakı. 6 aprel. REPORT.AZ/ Almaniyada təyyarə qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "DPA" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Hannover şəhəri yaxınlığında qeydə alınıb. İlkin ehtimala görə, təyyarə elektrik xətlərinə toxunaraq yerə düşüb. Qəza zamanı təyyarənin göyərtəsində olmuş 2 nəfər həlak olub.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları gəlib. Qəzanın başvermə səbəbləri ilə bağlı təhqiqat başlayıb.

Son xəbərlər

Orphus sistemi