Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var

Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var Almaniyada kimik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.
Digər ölkələr
25 İyul , 2020 19:32
Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var

Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

"Report" "FOCUS Online" nəşrinə istinadən xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib. 

Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.

"Frankfurter Allgemeine Zeitung" qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qəzanın başvermə səbəbi hələ məlum deyil. 

Son xəbərlər

Orphus sistemi