Yuxarı
    Bağlamaq

    Almaniyada "Rock am Ring" festivalının 2 əməkdaşı terror hazırlığı ilə əlaqədar 2 nəfər saxlanılıb

    Həmin şəxsləri əraziyə nəsə qoyduqları üçün saxlayıblar

    Bakı. 3 iyun. REPORT.AZ/ Gessen polisi Nyurburqda keçirilən "Rock am Ring" festivalında terror təhlükəsi elan olunmasından sonra 2 nəfəri saxlayıb.

    "Report"un məlumatına görə, bu barədə "Welt" xəbər verib.

    Nəşrin xəbərinə görə, saxlanılanlar festivalın təşkilatçıları ilə əməkdaşlıq edən subpodratçı şirkətin işçiləridir. Onlardan ən azı biri dini təriqətin üzvüdür. Həmin şəxslər əraziyə "nəsə qoyduqları" üçün saxlanılıblar.

    "Bİld" isə öz növbəsində yazıb ki, terror təhlükəsi xəbərdarlığından sonra festivalı 90 min nəfər tərk edib.

    Qeyd edək ki, Nürnberq şəhərində "Rock am Ring" festivalının izləyiciləri terror aktı təhlükəsi ilə əlaqədar təxliyə edilib. Bu barədə festivalın təşkilatçıları "facebook" sosial şəbəkəsində məlumat veriblər.

    "Terror təhlükəsi ilə əlaqədar polis festivalı dayandırmağı tövsiyə edib. Biz bütün izləyiciləri festivalın keçirildiyi yeri tərk etməyə çağırırıq" – deyə bəyanatda bildirilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi