Almaniyada terror hücumu hazırlayan yeniyetmə saxlanılıb

Almaniyada terror hücumu hazırlayan yeniyetmə saxlanılıb Bakı. 13 sentyabr. REPORT.AZ/ Almaniyanın Cinayət Polisi İdarəsinin xüsusi bölməsi Reyn-Mayn regionunda terror aktı törətməyi planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb.
Digər ölkələr
13 Sentyabr , 2018 16:23
Almaniyada terror hücumu hazırlayan yeniyetmə saxlanılıb
Getty
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Almaniyanın Cinayət Polisi İdarəsinin xüsusi bölməsi Reyn-Mayn regionunda terror aktı törətməyi planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polisin sentyabrın 1-də Florştadt şəhərində saxladığı yeniyetmə terror aktını partlayıcı maddədən istifadə etməklə törətməyi planlaşdırırmış.

Prokurorluğun məlumatında saxlanılan şəxsin Almaniya vətəndaşı olduğu qeyd edilib. O, sentyabrın 2-də Fridberqdə məhkəmə qarşısına çıxıb. Hakim onun həbsinə dair hökm çıxarıb. Buna şübhəlinin sorğuda terror aktı hazırladığını etiraf etməsi səbəb olub. 

Son xəbərlər

Orphus sistemi