Almaniyada terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən suriyalı tutulub

Almaniyada terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən suriyalı tutulub Baş Prokurorluq: “Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”
Digər ölkələr
31 Oktyabr , 2017 13:02
Almaniyada terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən suriyalı tutulub
REUTERS

Bakı. 31 oktyabr. REPORT.AZ/ Almaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Almaniya Baş Prokurorluğu yayıb.

Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində 19 yaşlı suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub. 

“Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Almaniyanın əks-kəşfiyyatının məlumatına görə, ölkədə 1,8 minə yaxın potensial islamyönlü terrorçu var. 2017-ci ilin əvvəlindən terror fəaliyyəti ilə bağlı 900-ə yaxın cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi