Almaniyada ötən gündə 15 685 nəfər COVID-19-a yoluxub, 238 nəfər bu xəstəlikdən ölüb.
“Report” “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin tərkib hissəsi olan və ölkədə COVID-19 statistikasını aparan Robert Kox İnstitutu (Robert Koch Institute) məlumat yayıb.
Dünən yoluxmaların sayı 18 485, ölənlərin sayı isə 284 olub.
İnstitutun məlumatına görə, epidemiyanın başlanğıcından bəri Almaniyada 3 507 673 nəfər koronavirusa yoluxub, 84 648 xəstə ölüb.
Ümumilikdə, 3 milyondan çox pasiyent sağalıb.