Almaniyada kimyəvi zavodda sulfat turşusu buxarı sızıb

Almaniyada kimyəvi zavodda sulfat turşusu buxarı sızıb Yanğınsöndürənlər diametri bir neçə yüz metr olan zəhərli qaz buludunu dağıtmağa çalışırlar
Digər ölkələr
16 Fevral , 2017 15:46
Almaniyada kimyəvi zavodda sulfat turşusu buxarı sızıb

Bakı. 16 fevral. REPORT.AZ/ Almaniyanın Oberhausen şəhərində kimyəvi zavodun anbardan sulfat turşusu buxarlarının sızması faktı qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yanğınsöndürənlər su şırnaqları ilə diametri bir neçə yüz metr olan zəhərli qaz buludunu dağıtmağa çalışırlar.

Hazırda bu ərazidə yaşayan sakinlərə evi tərk etməmək və bütün qapı-pəncərələri bağlamaq tövsiyə edilib. Bir neçə magistral yol bağlanıb.

Məlumata görə, anbarın tutumu 600 kubmetr təşkil edir.

Son xəbərlər

Orphus sistemi