Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb

Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb Almaniyada koronavirusdan ölənlərin sayında kəskin azalma müşahidə edilir.
Digər ölkələr
422
13 İyul , 2020 10:06
Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb

Almaniyada koronavirusdan ölənlərin sayında kəskin azalma müşahidə edilir.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 1 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 159 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 198 963 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 9 064 nəfər ölüb, 185 mindən çox pasiyent isə sağalıb.