Almaniyada son sutkada 553 nəfər COVID-19-dan ölüb

Almaniyada son sutkada 553 nəfər COVID-19-dan ölüb Ötən gün Almaniyada 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.
Digər ölkələr
387
1 Yanvar , 2021 09:42
Almaniyada son sutkada 553 nəfər COVID-19-dan ölüb

Ötən gün Almaniyada 22 924 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 553 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Almaniyada indiyədək 1 742 661 nəfərdə koronavirus aşkarlanıb, 33 624 nəfər bu xəstəlikdən ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi