Almaniyada son sutkada 18 mindən çox insan COVID-19-a yoluxub

Almaniyada son sutkada 18 mindən çox insan COVID-19-a yoluxub Epidemiyanın başlamasından bəri Almaniyada 3 491 988 nəfər koronavirusa yoluxub, 84 410 nəfər xəstəlik səbəbindən vəfat edib və 3 milyondan çox xəstə sağalıb
Digər ölkələr
7 May , 2021 11:02
Almaniyada son sutkada 18 mindən çox insan COVID-19-a yoluxub

Ötən gün ərzində Almaniyada 18 485 insan COVID-19-a yoluxub, 284 nəfər bu xəstəlik səbəbindən ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin tərkib hissəsi olan və ölkədə COVID-19-a yoluxmaların statistikasını aparan Robert Kox İnstitutu (Robert Koch Institute) məlumat yayıb.

Məlumata görə, epidemiyanın başlamasından bəri Almaniyada 3 491 988 nəfər koronavirusa yoluxub, 84 410 nəfər xəstəlik səbəbindən vəfat edib və 3 milyondan çox xəstə sağalıb.

Son xəbərlər

Orphus sistemi